İcarə şərtləri

Ümumi Müddəalar

1. Avadanlıqların sifarişi www.Qobufilm.com saytı üzərindən həyata keçirilir
2. Telefonla sifariş vermək Qəbuledilməzdi. Amma telefon vasitəsi ilə sizə, icarəyə götürmək istədiyiniz  avadanlıqla bağlı məsləhət verə bilərik.
3. Cihazın əsas icarə şərti  Girov, yaxud Başqa avadanlıqla geri qaytarılmasını təmin etməkdir.


 İcarə Müddəti

1.  Avadanlığın minimal icarə müddəti – bir növbədir ki, bu da 24 saata bərabərdir
2.  Əgər siz avadanlığı 4 saatdan az müddətə icarəyə götürürsünüzsə, icarənin qiyməti 50 faiz təşkil edir. 
3.  Avadanlığın Qobufilm-in ofisində test edilməsi ödənişsizdir.
4.  Personalın iş növbəsi minimum – 8 saatdır
 

 Sifarişin sənədləşdirilməsi

Sifarişi sənədləşdirmək üçün aşağıdakıları etmək lazımdır:
1.  Sizə lazım olan avadanlıqları səbətə əlavə edib, “İcarəyə Götürmək” düyməsinə basırsınız.
2.  “Sifarişi Sənədləşdir” linkinə tıklayaraq, sifariş formasına adlayın. Sifarişinizi yoxlayın və korrektə edin. 
Avadanlıqların Qəbul Tarixi və Geri qaytarılma tarixini təsis edərək İcarə periodunu seçin.
3.  Avtorizasiya edin və ya Qeydiyyatdan keçin. Əgər siz əvvəllər də bizdən avadanlıq icarəyə götürmüsünüzsə, onda əvvəlki sifarişlərdə istifadə etdiyiniz login-parol kombinasiyasını yerinə yetirin.
4.   Sifarişi təsdiqləyin. Telefon vasitəsi ilə Sifarişin mövcud şərtləri ilə tanış olun və onlarla razılaşdığınızı mütləq qeyd edin. (Bura avadanlığın siyahısı, qiyməti, icarə şərtləri daxildir).
5.  Qobufilm heç bir səbəb göstərmədən avadanlığın verilməsindən imtina etmək hüququna malikdir.

Qeydiyyat  

1.  Əgər siz vətəndaşsınızsa,onda “Əlaqə Məlumatları” səhifəsində “Fiziki Şəxs”  bölməsini seçin və Formu doldurun. Biz zəmanət veririk ki, sizin formda qeyd etdiyiniz şəxsi məlumatlar yalnız sənədlərin qeydiyyatı üçün istifadə olunacaq. Digər məqsədlər üçün İstifadə edilməyəcək.
2.  Əgər siz Təşkilat adından qeydiyyatdan keçirsinizsə, “Əlaqə Məlumatları” səhifəsində “Hüquqi Şəxs” bölməsini seçin və Təşkilatın Rekvizitlərini göstərin.

Ödəniş

1. Sifariş, Avadanlıq alınarkən ödənilir. Ödəniş olmadan Texnika verilmir.
2.  Sifarişin ödənilməsi şirkətin ofisində Administratora nağd ödəməklə, və ya Şirkətin İnternet pul köçürmələrindən birinə nağdsız köçürmə yolu ilə aparılır. Çek Avadanlıq alındıqda mütləq təqdim olunmalıdır.
 

Avadanlığın Alınması

1.  Avadanlığı alarkən Adminstratora Azərbaycanın Vətəndaş Passportunu təqdim edin. Əgər Siz Avadanlığı Hüquqi Şəxs kimi alırsınızsa, bu zaman Passportla yanaşı, Etibarnamə (Əgər siz təmsilçisinizsə), yaxud Möhür (Əgər siz Rəhbər Şəxssinizsə) təqdim etməlisiniz.
2.  Avadanlığı yalnız qeydiyyatdan keçmiş şəxs ala bilər. Əgər siz hansı səbəbdənsə sifarişi ala bilmirsinizsə, bu zaman əməliyyatı sizin Notarial Şəkildə etibar etdiyiniz Şəxs həyata keçirə bilər. Bəli, bu o qədər də asan deyil, Amma biz sizi dələduzlardan 100 faiz qoruyuruq.
3.  Avadanlığı alarkən Təhvil-Təslim Aktı imzalayıb surətini götürməyi unutmayın.
4.  Alınan avadanlığı yoxlamağı unutmayın. Əgər siz təhvil-təslim aktında qeyd Olunmayan Nasazlıq aşkar etsəniz, o zaman bunu Akta əlavə etməyi Mütləq tələb edin. Nəzərinizə çatdırırıq ki, Təbii şəkildə meydana çıxan kiçik qüsurlar Aktda qeyd olunmur.
5.  Birinci sifariş zamanı biz sizinlə Bir İllik müqavilə bağlayırıq və bu müqavilə ilə sizə növbəti sifarişlərinizi də çatdırırıq. Müqavilənin şərtləri avadanlıqların müvafiq təhvil-təslim aktında göstərilir.
 

Avadanlıqların Qaytarılması

1.  Avadanlıq qaytarılarkən menecer onu  yoxlayır.
2.  Heç bir nasazlıq olmazsa, Menecer təhvil-təslim Aktının sizdə olan nüsxəsinin üzərinə xüsusi işarə qeyd edir. Yalnız bundan sonra avadanlıq təhvil verilmiş hesab olunur.
3.  Biz avadanlığı yalnız sizdən və sizin etibarnamə ilə təsdiqlənən təmsilçinizdən qəbul edirik.   
Avadanlığın Qaytarılmasını Təmin Etmək. Girov
 

Avadanlıqların qaytarılmasını təmin etməyin xüsusi şərtləri var. Siz aşağıdakı metodlardan birini seçməlisiniz.

1.  İcarəyə götürülən avadanlığın 100 faiz dəyərində pul girov qoymaqla. İl ərzində 5 Dəfə avadanlıq icarəyə götürəndən sonra, Girovun dəyəri 50 faizə enir.
2.  İcarəyə götürülən avadanlığın dəyərinə Bərabər olan Digər Bir Avadanlıq girov qoymaqla. İl ərzində 5 Dəfə avadanlıq icarəyə götürəndən sonra, Girovun dəyəri 50 faizə enir.
3.  Şəxsiyyəti Təsdiq Edən Sənədi girov qoymaqla. Girovun bu növü yalnız Daimi Müştərilər üçün nəzərdə tutulub. (İl ərzində 10 Dəfə Avadanlıq İcarəyə Götürənlər). Adminstrator Girov qismində sənədlərin qəbul edilməsindən İmtina Etmək Hüququna Malikdir.